Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u968506318/domains/healthnews.az/public_html/app/Helpers/Security.php on line 91
Bu qidalar infarkt riskini azaldır
  1. Home
  2. Health Care
Health Care

Bu qidalar infarkt riskini azaldır

22 Yanvar 2022

Bəzi qidalar ürək-damar sistemi üçün faydalıdır və onların  istifadəsi insult riskini azaltmağa qadirdir. Həmin qidaların adlarını rusiyalı diyetoloq Lera Lavski mətbuata açıqlayıb.  

Dünyada ən çox rast gəlinən ölüm səbəbi ürək-damar xəstəlikləridir, bu səbəbdən də qan damarlarının sağlamlığının qorunması, qan təzyiqi və xolesterinin səviyyəsinə nəzarət çox vacibdir.

Lera Lavskinin fikrincə, qan damarlarının divarlarını gücləndirmək üçün C vitaminindən istifadə etmək mütləqdir. Onun böyük hissəsi qızılgül, duzlu kələm, kivi və qara qarağatın tərkibində olur. Əks göstəriş olmadıqda bütün bu qidaları pəhrizə daxil etmək tövsiyə edilir.